18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Vətəndaşın əli qandallı qəbiristanlıqda döyülməsi iddiasına - DİN-dən açıqlama

Vətəndaşın əli qandallı qəbiristanlıqda döyülməsi iddiasına
"Vətəndaşın əli qandallı qəbirstanlıqda döyülməsi və digər iddialar cəfəngiyatdır, həqiqəti əks etdirmir".
AzturkmanTv-nin verdiyi məlumata görə DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki:
"Bu iddiaların haradan və necə qaynaqlandığı bəllidir. Vətəndaş verdiyi məlumatlarda əsas məqsədini şəxsi maraqlarından irəli gələn hallardan yayındıraraq, əvvəllər tanıdığı şəxsi qərəzli olaraq ləkələməyə cəhd edir, faktsız və sübutsuz iddialar səsləndirir. Unudur ki, onların müraciət və şikayətlərinin bütün təfərrüatları araşdırılıb, Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyi tərəfindən qəbul edilməklə yanaşı, etdiyi şikayətlərinin əsassız olması ilə bağlı ərizələr yazıblar.
Açıqlanmasını məqbul hesab etmədiyimiz hallar istisna olmaqla, diqqətə çatdırırıq ki, Vüqar Alıyevin narkotik vasitələri internet üzərindən əldə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında yanvar ayında o, baş idarəyə dəvət edilərək, barəsində daxil olan məlumatlarla bağlı profilaktik xarakterli söhbətlər aparılaraq sərbəst buraxılıb".
E.Hacıyev qeyd edib ki, baş idarədə V.Alıyev həqiqətən sosial şəbəkə üzərindən tanımadığı şəxslərdən narkotik vasitələr əldə etmək bacarığını etiraf edib:
"Baş idarəyə dəvət olunmasından qeyzlənən V.Alıyev və valideynləri onun guya sifariş əsasında polis orqanına dəvət edilməsinə görə qərəzli və böhtan xarakterli şikayətlər etməyə başlayıblar. Konkret olaraq, şikayətçilər Baş idarəyə dəvət olunaraq qəbul edilib, onlarla müvafiq qaydada izahedici söhbətlər aparılıb və müraciətlərində polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə göstərilən xüsusatların əsassız olması bildirilib.
Bundan sonra vətəndaş A.Alıyev və valideynləri ərizə yazaraq şikayətlərinin olmadığını bildirərək müraciətləri əsasında aparılan araşdırmanın dayandırılmasını xahiş ediblər. Lakin bir müddət sonra Alıyevlər yenidən Baş idarəyə gələrək yol polisində xidmət edən kürəkənlərinin törətdiyi qanunsuz əmələ görə intizam tənbeh tədbiri görüləcəyi təqdirdə yenidən polis əməkdaşları barədə şikayət edəcəklərini və bunu sosial şəbəkələrdə paylaşacaqlarını bildiriblər.
Polis əməkdaşları haqqında onların səsləndirdiyi fikirləri qəti olaraq təkzib edirik. Sübutsuz və faktsız səsləndirilən bütün iddialar cəfəngiyyatdır".

Hüseynova Zülfiyyə.


Tarix: 22-05-2021, 14:17


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930