18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycan karantinlə bağlı cərimələri ləğv edəcəkmi? - Deputat


"Gələcəkdə Azərbaycanda da belə bir qərar verilə bilər”.
AzturkmanTV  xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Gürcüstan hökumətinin karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi ilə bağlı qərarını şərh edərkən deyib. Deputat qeyd edib ki, gələcəkdə vətəndaşların vəziyyətini yüngülləşdirmək üçün bu addımı atmaq olar: 
 
"İndiki vəziyyətdə toyların keçirilməsi ilə bağlı verilən qərarda cərimələr nəzərdə tutulur. İndi cərimələrlə bağlı qərar ləgv olunsa, onda heç kim qaydalara əməl etməyəcək və yoluxma sürətlə artacaq. Ona görə də bunun müəyyən detallarına baxıb həll eləmək lazımdır”.

Qeyd edək ki, Gürcüstan hökuməti karantin qaydalarının pozulmasına görə əhaliyə yazılan və ödənməyən cərimələrin ləğv edilməsi qərarı verib. Qərar 245 mindən çox sakini və 344 hüquqi şəxsi əhatə edəcək. Ödənməmiş cərimələrin ümumi məbləğinin hardasa 76 milyon lari (təxminən 24 milyon dollar) olduğunu bildirilib.

Tarix: 25-06-2021, 11:35


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930