18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İqtisadiyat Nazirliyi uyğunluq sertifikatlarının və bəyannamələrinin reyestrini aparacaq

İqtisadiyat Nazirliyi uyğunluq sertifikatlarının və  bəyannamələrinin  reyestrini aparacaq
Nazirlər Kabineti “Uyğunluq sertifikatlarının və uyğunluq bəyannamələrinin reyestrinin aparılması Qaydası”nı təsdiq edib.
AzturkmanTv-nin məlumatına görə, Qaydaya əsasən, reyestr İqtisadiyyat Nazirliyi tərəfindən aparılır.
Reyestr dövlət dilində, vahid forma, metod, prinsiplər əsasında aparılır və elektron qaydada tərtib edilir. Reyestr informasiya ehtiyatıdır. Reyestrin formalaşdırılması, aparılması, idarə olunması, tamlığı və mühafizəsi Nazirlik tərəfindən təmin edilir. Reyestrin informasiya təminatı uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən məlumatların təqdim edilməsi yolu ilə həyata keçirilir. Uyğunluğu qiymətləndirən qurum uyğunluq sertifikatının verilməsi, qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onun Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir.
Təsərrüfat subyekti uyğunluq bəyannaməsinin tərtibi, onun qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə qərar qəbul etdiyi gün müvafiq sənədlərin surətlərini bu Qaydada qeyd olunmuş məlumatlarla birgə kağız daşıyıcıda Nazirliyə təqdim edir və ya sifarişli poçt vasitəsilə, yaxud gücləndirilmiş elektron imzadan istifadə etməklə elektron formada Nazirliyin rəsmi internet saytına göndərir. Sertifikatlar və bəyannamələr, onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi, xarici mənşəli uyğunluq sənədlərinin tanınması, onların Azərbaycan Respublikasında qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar Nazirliyə daxil olduğu tarixdən 2 iş günü müddətində çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə reyestrə daxil olunur.
Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə, Nazirlik bu Qaydada göstərilən müddətdən gec olmayaraq çatışmazlıqlar qeyd olunmaqla onların aradan qaldırılması barədə yazılı bildirişi uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edir və ya sifarişli poçt, yaxud elektron formada göndərir. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bildirişin alındığı tarixdən 2 iş günü müddətində aradan qaldırılmalıdır. Çatışmazlıqlar uyğunluğu qiymətləndirən qurumlar və təsərrüfat subyektləri tərəfindən bu Qaydadv qeyd olunan müddətdə aradan qaldırılmadıqda, təqdim edilmiş məlumatlar Reyestrə daxil olunmur və bu barədə Nazirlik tərəfindən qəbul edilmiş əsaslandırılmış qərar 2 iş günü müddətində uyğunluğu qiymətləndirən quruma və ya təsərrüfat subyektinə təqdim edilir və ya sifarişli poçt, yaxud elektron formada göndərilir. Təqdim edilmiş məlumatların reyestrə daxil olunmaması barədə qərar uyğunluğu qiymətləndirən qurumun və ya təsərrüfat subyektinin yenidən müraciət etməsinə maneə olmur.
Reyestrə daxil olunmuş məlumatlarda aparılmış dəyişikliklərin reyestrə yenidən daxil olunması bu Qaydanın müddəaları nəzərə alınmaqla həyata keçirilir. Reyestrin aparılması üçün uyğunluğu qiymətləndirən qurumlar Nazirliyə aşağıdakı məlumatları təqdim edirlər:
- sertifikat, o cümlədən malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərə uyğun verilmiş yeni sertifikat barədə məlumatlar;
- sertifikatın qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar;
- “Texniki reqlamentlərin tələblərinə uyğunluğa dair xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydaları”na uyğun olaraq xarici mənşəli uyğunluq sənədlərinin tanınması, Azərbaycan Respublikasında onların qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi barədə məlumatlar;
Reyestrin aparılması üçün təsərrüfat subyektləri Nazirliyə aşağıdakı məlumatları təqdim edirlər:
- bəyannamə, o cümlədən malın istismar xüsusiyyətlərində edilmiş dəyişikliklərə dair yeni bəyannamə barədə məlumatlar;
- bəyannamənin qüvvəsinin dayandırılması, bərpası və ləğv edilməsi, yenidən rəsmiləşdirilməsi barədə məlumatlar.
Nazirliyə təqdim edilmiş məlumatlarla reyestrə daxil olunmuş məlumatlar arasında uyğunsuzluğa səbəb olan texniki səhvlər aşkar edildikdə, həmin səhvlər uyğunluğu qiymətləndirən qurumların və təsərrüfat subyektlərinin müraciəti əsasında və ya Nazirliyin təşəbbüsü ilə 1 iş günü müddətində aradan qaldırılır. Sertifikatların və bəyannamələrin, tanınmış xarici mənşəli uyğunluq sənədlərinin qüvvəsinin dayandırılması barədə məlumatlar Reyestrə daxil olunduqda müvafiq olaraq “uyğunluq sertifikatının/uyğunluq bəyannaməsinin qüvvəsi dayandırılmışdır”, “tanınmış xarici mənşəli uyğunluq sənədinin Azərbaycan Respublikasında qüvvəsi dayandırılmışdır” qeydi aparılır və bu sənədlərin qüvvəsi bərpa edildikdə isə müvafiq qeyd silinir.
Sertifikatların və bəyannamələrin, tanınmış xarici mənşəli uyğunluq sənədlərinin ləğvi barədə məlumatlar Reyestrə daxil edildikdə, müvafiq olaraq “uyğunluq sertifikatı/uyğunluq bəyannaməsi ləğv edilmişdir”, “tanınmış xarici mənşəli uyğunluq sənədi Azərbaycan Respublikasında ləğv edilmişdir” qeydi aparılır.
Reyestr ictimaiyyət üçün açıqdır. Reyestr Nazirliyin rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar mütəmadi olaraq yenilənir. Reyestrdən məlumatın kağız daşıyıcıda əldə edilməsi ilə bağlı informasiya sorğuları “İnformasiya əldə etmək haqqında” qanuna uyğun olaraq icra edilir. Reyestrə daxil olunmuş məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə Reyestr arxivində saxlanılır.

Tarix: 22-07-2021, 20:40


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930