18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Bu, Türkiyə, Azərbaycan və Gürcüstanın eyni məxrəcdə birləşməsi deməkdir (ŞƏRH)


"Bu günə qədər keçirilən və bundan sonra həmin istiqamətdə olacaq hərbi təlimlərə tək təlim kimi baxmaq doğru deyil. Belə proseslər həm də Türkiyə, Azərbaycan və Gürcüstanın eyni məxrəcdə birləşməsi deməkdir”. 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli 44 günlük müharibə nəticəsində bölgədə yaranmış yeni situasiyadan sonra Türkiyə, Azərbaycan və Gürcüstanın oktyabrın 4-8 arası birgə keçirəcəkləri hərbi təlimlərindən danışarkən deyib. Onun fikrincə, bu proses rəsmi olmasa da, üç dövlətin hərbi koalisiya şəklində birləşməsi anlamına gəlir: 
"Bu təlimlər Ermənistana da, ağıllanmaları, dövlət olaraq məhv olmaqdan xilas olmaları üçün mesajdır. Bu, onu göstərir ki, İrəvan öz günahı səbəbindən tam olaraq təklənib. Təlimlər Ermənistana qarşı 3 dövlətin psixoloji təzyiqidir”. 
 
 
Ekspert qeyd etdi ki, belə təlimlər xüsusən də Gürcüstan üçün daha vacibdir: 

"3 ölkənin birgə hərbi təlimləri təcrübə mübadiləsi, siyasi və hərbi baxımdan inteqrasiya deməkdir. Dəyişən geosiyasi, geohərbi vəziyyətdə bir sıra məsələlər gündəmə gəlir. Bu mənada Azərbaycan, Türkiyə və Gürcüstanın bölgədə formalaşan yeni situasiyadan sonra keçirəcəkləri birgə hərbi təlimlər digər iki ölkədən əlavə, Tiflis üçün daha böyük əhəmiyyət kəsb edir. Məsələ ondadır ki, Gürcüstan ordusu çox zəifdir. Bu ölkə potensialı güclü olmadığından ordu saxlamaq iqtidarında deyil”. 

Ona görə də həmsöhbətimiz düşünür ki, Tiflisin bu istiqamətdə Türkiyə və Azərbaycanın təcrübəsindən bəhrələnməsi onun marağına cavab verir: 
"Birgə hərbi təlimlər də onu göstərir ki, digər iki ölkənin həbi təcrübə və praktikasından yararlanmağa Gürcüstan ciddi önəm verir”. 

Tarix: 9-07-2021, 12:46


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930