“Prezident İlham Əliyevin iyulun 14-də nüfuzlu “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə səsləndirdiyi fikir və mülahizələr siyasi qətiyyətin ortaya qoyduğu sarsılmaz mövqedir. Müsahibədə bir tərəfdən Azərbaycanın müstəqil siyasətinin dəyişməz olduğu diqqətə çatdırılır, digər tərəfdən isə 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni vəziyyətin yaratdığı imkanlar təhlil edilir. Bütövlükdə Prezident İlham Əliyev bu müsahibə ilə dünyaya bir daha bəyan etdi ki, Azərbaycan mehriban qonşuluq və səmimi dostluq strategiyasına sadiq olmaqla bərabər, sərhədlərini və təhlükəsizliyini qorumaq qüdrətinə malikdir”.
AzturkmanTv xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç bildirib.
Açıqlamasında Azərbaycan yanğınsöndürənlərinin Türkiyədə tüğyan etmiş meşə yanğınlarının qarşısının alınmasında göstərdikləri fədakarlığa da geniş yer ayıran, göstərilən dəstəyi və yardımı əsl qardaşlıq nümunəsi kimi səciyyələndirən diplomat deyib:
“Azərbaycanlı qardaşlarımızın “yaşıl vətən”imizin qorunmasında göstərdiyi fədakarlıq Türkiyədə böyük qürur və sevinc hissi ilə qarşılandı. Bütün dünyanın meşə yanğınları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycan bu sahəyə aid texnika və canlı qüvvəsinin əsas hissəsini qardaş köməyinə göndərdi.
Prezident İlham Əliyevin dediyi kimi, “onlara (yanğınsöndürənlərə) hər hansı bir xüsusi təlimat vermək lazım deyildi. Çünki onlar özləri bu faciəni öz faciəsi kimi qəbul etdilər və qardaş kimi orada çalışdılar. Allaha şükürlər olsun ki, bildiyimə görə artıq yanğınlar da səngiyir və bu, bir daha bizim birliyimizi göstərdi”. Bəli, Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin təməlində milli dəyərlər dayanır. Münasibətlərimizin dinamik inkişafı bütün parametrləri ilə xoşməramlıdır. Azərbaycan və Türkiyənin yanında dayanan hər kəs bu münasibətdən ancaq fayda görür.
Ermənistanın 2020-ci ilin yayında törətdiyi Tovuz təxribatlarını xatırladan Hulusi Kılıç deyib: “Reallığı, gerçək vəziyyəti dərk etmək və nəticə çıxarmaq ağıl tələb edir.
Təəssüf ki, saxta ideologiya erməni toplumunun, eləcə də Ermənistan rəhbərliyinin beynini zəhərləyib. Onlar tarixin heç bir dövründə gerçəklərdən nəticə çıxarmayıblar. Ötən il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın şərtləri beynəlxalq öhdəlikdir.
Çünki bu Bəyanat bütün dünyanın gözü qarşısında götürülmüş öhdəliklər əsasında imzalanmış sənəddir. Ona görə də Ermənistan vaxtı itirmədən Azərbaycanla münasibətləri normallaşdırmaq istiqamətində qəti addımlar atmalı, öhdəliklərini yerinə yetirməlidir. Əks halda, hər gün bir ərazidə atəşkəsi pozmağın bütün məsuliyyəti Ermənistanın üstünə düşür”.
O əminliklə vurğulayıb ki, Prezident İlham Əliyevin “CNN Türk” telekanalına verdiyi müsahibədə toxunulan məsələlər regionda sülh və inkişaf tərəfdarı olan ölkələr, həmçinin beynəlxalq təşkilatlar üçün ciddi siqnal olacaq.
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |