18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Çavuşoğlu və Lavrov təsadüfən görüşsəydillər... (ŞƏRH)


"Bu görüş Türkiyə-Rusiya münasibətləri konteksində önəmlidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi, Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin sədri Araz Aslanlı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Türkiyənin Antaliya şəhərində keçirilən görüşü şərh edərkən deyib. Politoloq hesab edir ki, əgər Xarici İşlər nazirləri təsadüfən görüşsəydilər, Azərbaycanın gözləntiləri çox olmayacaqdı:


"Amma Rusiya-Türkiyə münasibətlərinin gəldiyi indiki çərçivə bizə Türkiyə-Rusiya rəsmilərinin istəlinən görüşü müəyyən bir regionun gələcəyi ilə bağlı ümidlərin yaranması üçün imkan verir. Bizi xüsusi maraqlandıran Türkiyə-Rusiya Xarici İşlər nazirləri, prezidentləri və Müdafiə nazirləri səviyyəsində olan görüşlərdir. Birincisi, 44 günlük müharibədən, münaqişənin həlli ilə bağlı addımların böyük hissəsi atıldaqdan sonra birgə Monitorinq Mərkəzi formalaşdırılıb. Bu mərkəz niyə formalaşdırılıb? Çünki o ərazi qeyri-qanuni silahlı ünsürlərdən tam təmizlənmədi. Belə qərar verildi ki, ərazilərin müəyyən hissəsi Ermənistan silahlı qüvvələrindən və erməni terrorçularından dinc yolla təmizlənsin. Buna görə 10 Noyabr bəyanatı imzalandı, hərbi münaqişə dayandırıldı və Azərbaycan ərazisinə rus sülhməramlıları daxil oldu, birgə monitorinq mərkəzi yaradıldı. Birincisi, bizim üçün bu baxımdan əhəmiyyətlidir. Regionda münaqişənin silahlı hissəsi daha öncə davam etdiyi ərazidə rus sülhməramlıları və 44 günlük müharibədən sonrakı mərhələyə nəzarət üçün birgə Monitorinq Mərkəzi var. Bunlar kordinasiyalı şəkildə fəaliyyət göstərməlidir ki, biz post-münaqişə dövrünü normal şəkildə başa çatacağına inanaq”.

Araz Aslanlı bildirib ki, Qarabağ münaqişəsindən sonrakı dövr deyil, ümumiyyətlə, regionun gələcəyi baxımından Rusiya ilə Türkiyə münasibətləri zəruridir:

"Burada söhbət kommunikasıya xətlərinin açılmasından, regiondakı Azərbaycan və Türkiyənin birlikdə iştirak elədiyi iki və üç tərəfli əməkdaşlıq formatlarının daha da genişləndirilməsindən gedir. Hamısının gələcəyi baxımından Türkiyə ilə Rusiyanın normal münasibətlərə malik olması, mövcud layihələri dərinləşdirmələri və  yeni ideyaları dəstəkləmələri zəruridir. Bu baxımdan Türkiyə-Rusiya rəsmilərinin istəlinən görüşü, amma xüsusən də Xarici İşlər nazirlərinin görüşü önəmlidir. Çünki bilirik ki, müəyyən qüvvələr həm regionu, həm də Qarabağ münaqişəsi ilə vəziyyəti 44 günlük müharibədən öncəki vəziyyətə gətirmək istəyir. Bu niyyətlər var. Bu niyyətin sahibləri daha az təsir imkanlarına malikdirlər. Prosesdə Türkiyə-Rusiya-Azərbaycan qərarlı və imkanları daha çoxdur. Amma digərləridə var ki, Ermənistanın daxilində zəif də olsa revanşist qüvvələr bu prosesdən kənarda qalmış, özünü oyundan kənarda hesab edən müəyyən qüvvələr və s. onların da qarşısı alınmalıdır.  Bütövlükdə regionda əməkdaşlıq mühitinin yaradılması, sülhün uzun müddətli təmini, pozucu qüvvələrə mane olamq  və s. bunların hər biri üçün Rusiya və Türkiyənin iştirakı zəruridir”.

Tarix: 1-07-2021, 18:07


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930