18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Samir Qədirov- "Eyləyərəm"


Eyləyərəm

Aşiq oldumsa dərin səbri-qərar eyləyərəm,
Sevgidən, eşqimi aləmlərə car eyləyərəm.

Ali yar, dəvət olub könlümə xoş gəldi yenə,
Yar gəlibdirsə əgər, zövqü-bahar eyləyərəm.

Hətta aiddi, yaxındır, mənə məhrəmdi gözəl,
Qəlbə bir yan baxana, aləmi dar eyləyərəm.

Neynirəm hicranı artıq bu vüsalə gəlmişəm,
Könlü xoşbəxtə salıb, dərdimi xar eyləyərəm.

Tapmışam dərdə dəva, qəlbimi əla görürəm,                       
Dərdimin çarəsini, mən aşikar eyləyərəm.

Eşqə aşiqsən ürəkdən, aşiqəm mən də sənə,                    
Qəlbi seçsən, gözəlim, qəlbə güzar eyləyərəm,

Samirin könlünü aldın, o könül xoş yaşayır,                      
Söylə sən, hər nə desən, nazlı nigar, eyləyərəm.


              Samir Qədirov

Hüseynova Zülfiyyə.


Tarix: 27-05-2021, 15:50


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930