18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Türkanə Əsədova-"Ən tərs mütənasib"


"Ən tərs mütanəsib"

İndi məni tanımaz, indi məndən gen gəzər,
Ancaq bir vaxt saçlarım qollarında uçardı.
Sən ki yaxşı bilirsən, qırış basmış əllərim,
Soyuqdan üşünyəndə ciblərinə qaçardı.

Gözlərim də dəyişib, baxışlarım qan qusur,
Çox yox, vur-tut bir ildə on iki ay beləyəm.
Əllərim yanağımdan əksik olmur bircə an,
Kirpiyim də qalmıyıb gəlişini diləyəm.

Xəyalınla yaşayıb təsəllimi tapmışam,
Varlığını xəyala çevirdin öz əlinlə.
Sayı-hesabı yoxdu, ən yersiz ümidlərim,
Ən tərs mütənasibdi sənin  gedişlərinlə.

Daha əsər qalmayıb gözəllikdən, gənclikdən,
Saçlarım yaddaşında bəyaz qaldı, bəlkə də .
Gözəlliyə on deyib, doqquzunu don bilib,
Gedişinə min desən anlayardın, bəlkə də.

Anlasaydın görərdin, yəqin, bircə baxışda,
Beşmərtəbə evlərin altıncı mərtəbəsin.
Bəlkə də, dodağının bir küncündən çıxardı:
“Ölsəm bağışla” deyən sınıq radio səsi.
                 
                      Müəllif: Türkanə Əsədova


Hüseynova Zülfiyyə.


Tarix: 30-04-2021, 15:33


Bölməyə aid digər xəbərlər
20-04-2021, 12:13 "Bir anlıq xatirələr"