18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Dünyanın ilk bərəsinin Osmanlı İmperiyası dövründə türklər tərəfindən tikildiyini bilirsinizmi?


1800-cü illərdə İstanbul Boğazının hər iki tərəfində daşımalar sadə qayıqlar vasitəsilə həyata keçirilirdi. 1840- cı illərdə kiçik vaporlar Boğazda daşıma xidməti göstərməyə başladı. 1850-ci ildə isə "Şirkəti- Xeyriyyə"nin qurulması ilə İstanbul xalqına daha böyük bərələr vasitəsilə dəniz nəqliyyatı xidmətinə başlandı. Şirkətin rəhbərlərindən biri olan Hüseyn Haqqı Əfəndi yenilikçi bir insan idi və uzun illərdir Boğazda xüsusilə nəqliyyat vasitələrinin daşınmasını asanlaşdıracaq bir həll yolu axtarırdı. Şirkətin memarı ilə birlikdə bir il ərzində çalışaraq həm irəli, həm də geri gedə bilən, göyərtəsi düz, üzərində insanların da daşınması üçün ərazisi olan, hər iki ucunda qapaqların olduğu bir bərə dizaynı hazırlayırlar. Həmin dizaynı İngiltərədəki gəmiqayırma zavoduna göndərirlər. İngilislər dizayna heyran qalır.
İnşası təxminən 2 il davam edən, 1871- ci ildə başa çatan bərəyə "Suhulet" adı verilir ki, bunun da mənası "rahatlıq" deməkdir. İlk səfərini 1872-ci ildə Üsküdarla Qabataş arasında reallaşdıran "Suhulet" İstanbul Boğazının hər iki tərəfində 89 il xidmət göstərir.


Tarix: 13-06-2021, 16:00


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş
4-06-2021, 10:50 Ziyalı kimdir?
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930