18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İntihara cəhd edən qazi psixiatriya xəstəxanasına yerləşdirilir


Qardaşı: "Vəziyyəti qismən düzəlib”
"Hazırda qardaşım danışacaq durumda olmasa da, vəziyyəti qismən düzəlib. Ümid edirik, tezliklə lap yaxşı olar”.

Canlı yayımda intihara cəhd edən qazi Bəhram Nuriyevin qardaşı Meydan TV-yə belə deyib.

Bəhram Nuriyev bir gün öncə özünün "Facebook” səhifəsində canlı yayım açıb, hamının gözü önündə damarlarını kəsmişdi. İkinci Qarabağ Müharibəsinin iştirakçısı olan Bəhram Nuriyev aidiyyatı qurumların onun problemi ilə maraqlanmadığından şikayətçi idi. Əsasən də səhhətində yaranan problemlə bağlı ona doğru rəy verilmədiyini, psixiatriya xəstəxanasına yerləşdirilməsi ilə bağlı qərarın ədalətsizlik olduğunu bildirirdi.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elşad Hacıyev məlumatı təsdiqləmişdi. Bildirmişdi ki, hadisə barədə məlumat əldə etdikdən dərhal sonra Bəhram Nuriyevin yeri müəyyən edilib. Daha sonra o, polis əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilib.

Qazi Bəhram NuriyevMənbə: Bəhram Nuriyevin Facebook hesabı
İkinci Qarabağ Müharibəsinin iştirakçıları tez-tez diqqətsizlikdən, özlərinə qarşı dövlət qurumlarının laqeydliyindən şikayətlənirlər. Onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Asan Xidmət və s. kimi dövlət qurumlarının önündə etiraz aksiyaları da keçiriblər. Əsas tələbləri və istəkləri dövlət qurumlarının onların problemləri ilə maraqlanmaları və hörmətdir.

2020-ci ildə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Həmin döyüşlərdə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçu itirdiyi, minlərlə şəxsin isə yaralandığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. (arqument.az)

Tarix: 5-08-2021, 15:57


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930