18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
BMT TŞ Əfqanıstandakı qarşıdurmaları dayandırmağa çağırdı - Yenilənib


BMT Baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurası və beynəlxalq ictimaiyyəti Əfqanıstanda qlobal terror təhdidinə qarşı birləşməyə və insan hüquqlarının qorunmasına çağırıb.
AzturkmanTv xəbər verir ki, o, bunu BMT TŞ-nin Əfqanıstanda hakimiyyətin Taliban tərəfindən ələ keçirilməsindən sonra keçirilən fövqəladə iclasda deyib.
O bildirib ki, dünya Əfqanıstandakı xaos, qarmaqarışıqlıq, qeyri-müəyyənlik və qorxunu izləyir:
“Taliban başda olmaqla, bütün tərəfləri birlik olmağa çağırıram. Beynəlxalq ictimaiyyət Əfqanıstanda insan haqlarının qorunması üçün bir araya gəlməli və tək səs olmaldır.
Ölkə miqyasında insan haqlarına qarşı qorxuducu, ciddi məhdudiyyət xəbərləri gəlir. Əfqanıstandakı qız uşaqları və qadınlar ən qaranlıq günlərə dönmə qorxusu yaşayırlar.
Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti Əfqanıstanda qlobal terror təhdidinin qarşısını almaq və əsas insan hüquq və azadlıqlarını qorumaq üçün əlindəki bütün vasitələri istifadə etməyə, həmrəy olmağa, birlikdə işləməyə və birlikdə hərəkət etməyə çağırıram”.
***
BMT Təhlükəsizlik Şurası Əfqanıstanla bağlı keçirilın fövqəladə iclasdan sonra qarşıdurmaların dərhal dayandırılması və müzakirələr yolu ilə yeni, birləşmiş və əhatəli bir hökumət qurulması ilə bağlı çağırış edib.


Tarix: 16-08-2021, 21:48


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930