18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Ekspert: "İlham Əliyevin müqayisəsi qüsurludur"


"Yaxşı deyiblər ki, yalançının yaddaşı olmaz"
"Son 6 ayda Azərbaycanın kənd təsərrüfatında 5,6 faiz artım olub. Bu, əhəmiyyətlidir, keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi: təqribən 3 - 3,5 faiz, indi isə 5,6 faizdir”.

Prezident İlham Əliyevin Dövlət Televiziyasına verdiyi müsahibəsindəndir.

O, bu artımı görülmüş işlərin, islahatların nəticəsi kimi qiymətləndirib: "Fermerlər də bunu görür və bu sahəyə daim dövlət dəstəyi olacaq. Çünki dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz”.

Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumat isə əksini deyir. Həmin məlumatda bildirilir ki, 2021-ci ilin birinci rübündə Azərbaycana 188 min ton buğda idxal edilib. Bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz çoxdur.

Respublikaya idxal edilmiş buğdanın ümumi dəyəri 47 milyon 749,9 min dollar olub. Artımın 31,2 faiz olduğu qeyd edilir.

Bundan əlavə, DSK bildirir ki, Azərbaycana idxal olunan şəkər xammalı, bitki yağı, kərə yağı və bir sıra məhsullarının da idxalında artım qeydə alınıb.

Vahid MəhərrəmovMənbə: Meydan.TV
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli deyir ki, İlham Əliyevin dediyindən pandemiyaya qədər aqrar sektorda artımın daha az olması anlaşılır: "Pandemiya isə 2020-ci il martın əvvəllərində elan edilib. "Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 - 3,5 faiz” deməklə, ölkə başçısı keçən ilin yanvar-fevral aylarının göstəricilərini bu ilin altı ayının göstəriciləri ilə müqayisə etmək istəyibsə, onun bu müqayisəsi çox qüsurludur. Ona görə ki hər ildə olduğu kimi 2020-ci ilin birinci yarımilliyində də bitkiçilik məhsulları istehsalı əsasən, mart-iyun aylarında, yəni pandemiya dövründə həyata keçirilmişdi”.

Ekspert deyir ki, əgər İlham Əliyev pandemiyadan əvvəlki ili nəzərdə tutub "hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi”, - deyirsə, buyursun, 31 iyul 2019-cu il tarixdə keçirdiyi müşavirədəki çıxışını yada salsın: "İlham Əliyev həmin müşavirədə deyirdi ki, kənd təsərrüfatında da rekord göstərici əldə edilib. Kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz artıb. Gördüyünüz kimi, pandemiyaya qədər, yəni 2019-cu ilin yanvar-iyun aylarında kənd təsərrüfatında artımı İlham Əliyev nə 3 faiz, nə də 3,5 faiz, düz 13 faiz elan etmişdi. İndi isə İlham Əliyev 2021-ci ilin yanvar-iyun ayları üçün elan etdiyi saxta artımı (5,6 faiz) əhəmiyyətli göstərmək üçün deyir ki, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Halbuki pandemiyaya qədər (2019-cu il) kənd təsərrüfatında artımı İlham Əliyev indikindən 2,3 dəfə artıq göstərmişdi. Yalan belədir, yaddaşda qalmır. O da yalandır, bu da yalandır. Yaxşı deyiblər ki, yalançının yaddaşı olmaz”.///Meydan.Tv

Tarix: 5-08-2021, 15:47


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?