18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Britaniyalı deputat Azərbaycanı tənqid edənləri ikiüzlü adlandırıb


"Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrində baş verənlərdən danışmalıdırlar".
AzturkmanTv xəbər verir ki, bunu Böyük Britaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, lord Foulks Corc (Foulkes George) qurumun bu gün keçirilən yay sessiyası zamanı "Mətbuat azadlığı, ictimaiyyətin inamı və vətəndaşların bilmək hüquqü" adlı hesabatın müzakirəsi zamanı bildirib.
O, AŞPA-nın üzv dövlətlərinin deputatlarını özlərindəki problemlərə toxunmadan digər ölkələri tənqid etmələrini kəskin pisləyib: "Burada Türkiyə, Rusiya və Azərbaycandakı mətbuat azadlığını tənqid edənlərin nəzərinə çatdırmaq istəyirəm ki, gəlin, biz öz ölkələrimizdə baş verənlərə baxaq. Başqa ölkələrə verdiyimiz tövsiyələri öz ölkəmizdə tətbiq edək. Öz ölkələrimizdə mətbuata göstərilən təsirlərdən hamımızın xəbəri var. Mənim ölkəmdə hətta BBC belə bu şübhələrdən uzaq deyil. Öz ölkəsində baş verənlərə göz yumaraq başqa dövlətləri tənqid etmək ikiüzlülükdür". (report.az)

Tarix: 22-06-2021, 12:05


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930