18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
OPEC+ dağılsa, neftin qiyməti necə olacaq? (ŞƏRH)


"OPEC+ dağıla bilər, onun dağılması ilə isə neftin qiyməti 2020-ci il səviyyəsinə düşəcək”.  
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə ekspert Zəfər Vəliyev OPEC+ ölkələrinin yeni hasilat kvotası barədə razılığa gəlməmələri səbəbindən iyulun 5-dəki toplantının baş tutmaması və yaranmış vəziyyətin yaradacağı fəsadlarla bağlı danışarkən deyib. Ekspertin fikrincə, sözügedən toplantının baş tutmaması BƏƏ-nin tutduğu mövqedən qaynaqlanır:  
"OPEK+ iclası ərəfəsində BƏƏ bəyan etdi ki, kvotaların müəyyən edilməsində ədalət və bərabərlik prinsipinə əməl etmək lazımdır. Belə ki, digər alyans iştirakçıları ortalama 22-25 faiz kəsintiyə getdiyi halda, BƏƏ 35 faiz kəsintiyə gedib. Həmçinin BƏƏ baza xəttinin müəyyən edilməsində də güzəşt tələb edir. Onun 3,1 milyon barreldən 3,8 milyon barrelə yüksəlməsini istəyir. Bu təkliflərə Səudiyyə Ərəbistanı neqativ münasibət göstərib. OPEC+ üzvlərinin iyulun 5-nə planlaşdırılan, amma baş tutmayan toplantısında avqustdan başlayaraq hasilat siyasətində ümumi razılıq əldə edilmədiyindən əvvəlki hasilat kvotası növbəti ayda da qüvvədə qalacaq. Masada yeni kəsinti planı var idi. Əl-Riyad tələb edirdi ki, avqustdan başlayaraq gündəlik hasilat kəsintisi 400 min barrel olmaq şərtilə 2022-ci ilin sonuna kimi müqavilə bağlanılsın. Belədə gələn ilin sonuna qədər bazara əlavə 6,8 milyon barrel neft çıxarılacaqdı. Ancaq BƏƏ-nin etirazı səbəbindən növbəti hasilat siyasəti müəyyən edilmədi”.  

Z. Vəliyev düşünür ki, yaranmış vəziyyətdə qurumun birliyinə xələl gələ bilər: 

"Hətta alyansın dağıla biləcəyinə də eyham vururlar. Hansı ki, alyansın dağılması ilə neftin qiymətinin 2020-ci ilin səviyyəsinə düşməsi ehtimalı böyükdür. Düzdür, alyans daxilindəki gərginlik artarsa, neftin qiyməti müəyyən müddətdə qalxacaq. Amma sonradan bazarlar təhdid altına düşəcək və qiymət enməsi baş verəcək. BƏƏ son illər neft yataqlarının işlənməsinə kifayət qədər investisiya yönəldib. Hansı ki, burada da xarici tərəfdaşlar kifayət qədər paya malikdir. Görünür, xarici tərəfdaşlar da hasilat həcminin artırılmasını istəyir”. 

Tarix: 6-07-2021, 16:17


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930