18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Moskva Dövlət Universitetinin Bakı Filialının magistraturasında təhsil almaq istəyənlərin nəzərinə


M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı Filialında magistratura proqramları üzrə birinci kursa ərizə qəbulu iyunun 1-dən 17-dək elektron formada aparılacaq.
AzturkmanTv  MDU-nun Bakı Filialının saytına istinadla xəbər verir ki, ərizələri Filialın https://msu.az/ saytında və ya Dövlət İmtahan Mərkəzinin http://dim.gov.az/ saytında vermək olar.
Qəbul imtahanları iyunun ikinci yarısında keçiriləcək. Filialın magistraturasına qəbul imtahanlarının tarixi barədə əlavə məlumat veriləcək.
İmtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1 ünvanında keçiriləcək. İmtahan verənlər imtahan günlərində özləri ilə aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:
-şəxsiyyəti təsdiq edən sənəd;
-Elektron qeydiyyat sistemindən çap edilmiş buraxılış vərəqəsi (imtahan verənin özü tərəfindən imzalanmış halda);
-“Sağlamlıq haqqında bəyannamə” (elektron qeydiyyat sistemindən çap edilir).
Cari ilin məzunları əgər MDU-nun Bakı Filialının məzunları deyilsə, imtahana qədər müvafiq universitetin (institutun) tədris hissəsindən bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirmələri haqqında arayış alaraq [email protected] ünvanına göndərməlidirlər.
Magistraturaya qəbul qaydaları ilə MDU-nun Bakı Filialının saytında yerləşdirilmiş link üzərindən tanış olmaq mümkündür.
Telefon: (012) 409 33 71
E-mail: [email protected]


Hüseynova Zülfiyyə.


Tarix: 27-05-2021, 09:34


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930