18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Rusiyadakı veteranlar Njdenin Qarabağdakı heykəlinin sökülməsini tələb edir


Moskva vilayəti üzrə Böyük Vətən Müharibəsi veteranları, Silahlı Qüvvələrin və hüquq-mühafizə orqanlarının əmək veteranlarının “Dolqoprudnenskaya” ictimai təşkilatı faşizm tərəfdarlarının qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu xatırladaraq, faşist kollaborasionisti Qaregin Njdenin Xocavənddəki abidəsinin sökülməsi üçün federal orqanlara müraciət edib.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, müvafiq tələb Rusiya Xarici İşlər Nazirliyinə və Rusiya Müdafiə Nazirliyinə göndərilib.
Bəyanatda Polşa və Ukraynada minlərlə mülki şəxsə qarşı nasistlərin tərkibində vuruşan “Erməni Legionu”nun rəhbəri Njde tərəfindən törədilən cinayətlər və Qərbi Krımda iyirmi mindən çox mülki şəxsin öldürülməsi qeyd olunur.
Faşizm üzərində qələbənin keçmiş SSRİ-nin bütün xalqlarını birləşdirən bir hadisə kimi əhəmiyyətini vurğulayan təşkilat, Rusiyanın sülhməramlı kontingentinin Qələbə gününü qeyd edəcəyi ərazidə belə bir abidənin mövcudluğunun bütün Avrasiya məkanındakı birləşdirici dəyərlərə zərər vurduğunu bildirib.
Veteranlar bu faktın faşizmin qəhrəmanlaşdırılmasına qarşı prinsipial mübarizə aparan Rusiyanın nüfuzunu da sarsıtdığını qeyd ediblər.
Şahvələdova Zəhra


Tarix: 6-05-2021, 13:00


Bölməyə aid digər xəbərlər
3-05-2021, 14:40 DEPRESSİYANI TANIYIN.