18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Məleykə Abbaszadə valideynlərə müraciət edib

Məleykə Abbaszadə valideynlərə müraciət edib
“Artıq ixtisas seçiminə start verilib. Bütün mərhələlərdə çalışırıq ki, abituriyentlərin yanında olaq”.
AzturkmanTv-nin məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayımda deyib. O bildirib ki, bununla bağlı çoxlu materiallar çap edilir: “Çox zaman bala uyğun olaraq müəllimlər, valideynlər onlara ixtisas seçirlər. Bala uyğun olaraq deyil, gənc insan hansı sahədə işləmək istəyirsə, bununla bağlı abituriyentlə söhbət aparıb məsləhət vermək lazımdır. Hər bir qrupda müxtəlif ixtisaslar var”.
M. Abbaszadə qeyd edib ki, hər kəs öz övladının istəyinə hörmətlə yanaşsın: “Gələcəkdə o istəmədiyi peşədə çalışaraq ömür boyu bunun altını çəkəcək”.
M. Abbaszadə bildirib ki, abituriyentlər ixtisas seçiminə başlamamış 4 nömrəli jurnaldan müvafiq qrupa aid olan ixtisasları seçib siyahı tutmalıdır: “Ola bilər bu siyahı 15 ixtisasdan daha çox və ya az olsun. Amma bu siyahını əvvəldən tutub bunun üzərində fikirləşin. Düşünün ki, hansı şəhərdə ali təhsil almaq istəyirsiniz. Təhsili ödənişli, ya ödənişsiz şəkildə almaq imkanınız olduğunu düşünün”. “
M. Abbaszadə qeyd edib ki, indiyə qədər ödənişli ixtisas yazdığı halda məcburi köçkün və qaçqınlar təhsil haqqından azad olunurdular: “İndi isə bu il bir neçə qrup Azərbaycan vətəndaşı da təhsil haqqından azad olunub. Şşəhid ailələri, valideyn himayəsindən məhrum olanlar, I və II dərəcəli əlil şəxslər, sağlamlıq imkanları məhdud şəxslərin təhsil haqlarını dövlət öz üzərinə götürüb. Bu ildən Tələbə Kredit Fondu yaranıb. Qeydiyyat zamanı bu imkandan yararlanmaq istəyən Fonda müraciət edə bilər”.



Tarix: 23-08-2021, 15:55


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930