18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
DSX-nın hərbi qulluqçularının sosial müdafiəsi gücləndiriləcək

DSX-nın hərbi qulluqçularının sosial müdafiəsi gücləndiriləcək
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
AzturkmanTv-nin xəbərinə görə, dəyişikliyə əsasən, Gömrük Məcəlləsinin 334-cü maddəsində nəzərdə tutulan, gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və həmin Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizindən hər ay 450 000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürüləcək.
İndiki qanunvericiliyə görə bu məbləğ hər ay 250 000 manat təşkil edir.
Bu Fərman 2021-ci il iyulun 1-dən qüvvəyə minir.


Tarix: 25-06-2021, 20:43


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930