18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
UEFA reytinqində “Qarabağ” irəliləyib, “Neftçi” geriləyib

UEFA reytinqində “Qarabağ” irəliləyib, “Neftçi” geriləyib
Avrokubokların II təsnifat mərhələsinin cavab oyunlarından sonra klubların UEFA reytinqi açıqlanıb.
AzturkmanTv saytının məlumatına görə, cədvəldə Azərbaycanın 7 klubu yer alıb.
Baş tutan qarşılaşmalardan sonra siyahıda bəzi dəyişikliklər olub. Bu, Azərbaycan klublarından yalnız ikisinin mövqeyinə də təsir edib.
Ən yaxşı təmsilçimiz “Qarabağ”dır. İsraildə “Aşdod”u 1:0 hesabı ilə üstələyərək mərhələ keçən ağdamlılar 70-ci pilləyə yüksəlib.
Premyer Liqanın vitse-çempionu 7 pilləlik sıçrayışa nail olub. 18,000 xala malik təmsilçimiz “Alkmaar”, “Feyenoord” və APOEL-lə eyni xala malikdir.
7,000 xala malik “Neftçi” 1 pillə geriləyərək 152-ci sıraya enib. 8 pillə yuvarlanan “Keşlə” 4,000 275-ci sıraya düşüb.
296-cı yerə enən “Qəbələ” 3,500 xalı var. “Qırmızı-qaralar” 3 pilləlik geriləməyə üzülüb.
Digər klublarımız - “Sumqayıt”, “Səbail” və “Zirə” 2,675 xalla 342-cidir. Onlar 1 pillə geriləyib.
Qeyd edək ki, 433 komandanın yer aldığı cədvələ 116,000 xala malik “Bavariya” başçılıq edir.

Tarix: 30-07-2021, 10:27


Bölməyə aid digər xəbərlər