18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azay Quliyev ATƏT PA-nın yay sessiyasının komitə iclasında çıxış edib

Azay Quliyev ATƏT PA-nın yay sessiyasının komitə iclasında çıxış edib
Bu gün ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində ilk olaraq Demokratiya, insan hüquqları və humanitar suallar üzrə daimi komitəsinin iclası keçirilmişdir. Komitə iclasında norveçli məruzəçi Kari Henriksen tərəfindən hazırlanmış hesabat müzakirə edilmişdir.
AzturkmanTV xəbər verir ki, toplantıda ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev çıxış edib. Azay Quliyev iclasda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvləri tərəfindən qaldırılan “müharibə əsirləri”, delimitasiya və demarkasiya və digər məsələlərlə bağlı əsasız ittihamlarına cavab verib:
“Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) tərəfindən Ermənistanın hazırda Azərbaycanda saxlanılan on bir erməni vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərar qəbul edilib. Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına əsasən məhbusların sərbəst buraxılması üçün iki cəhd göstərildi və hər ikisi rədd edildi.
Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq Azərbaycan və beynəlxalq qanunları pozan, o cümlədən ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin istintaqı, həbsi və mühakimə olunmasına dair hüququ və öhdəlikləri vardır. AİHM-in qərarı bu hüquqları bir daha vurğuladı və beləliklə də, Ermənistanın əsassız iddialarını tanımadı.”
Azərbaycanla Ermənistan arasında sərhəd bölgüsü məsələsinə toxunan Azay Quliyev bildirdi: “Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli bir məsələdir və müstəsna olaraq iki ölkənin sərhəd orqanları arasında qurulmuş əlaqə kanalları vasitəsi ilə həll olunmalıdır. Ölkəmiz bu mürəkkəb prosesi özünün ərazi bütövlüyünü qorumaq şərtilə sovet dövrünün hər iki tərəfdə mövcud olan xəritələri əsasında aparmaqda qətiyyətlidir. Bundan başqa Azərbaycan beynəlxalq təcrübədə olduğu kimi sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı ikitərəfli müzakirələrin aparılması üçün birgə komissiyanı yaradılmasını Ermənistana təklif edir.”.
Azay Quliyev komitə iclasında iştirak edən Ermənistan nümayəndə heyətinin üzvlərinin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə birgə səfəri çərçivəsində qeyri-rəsmi danışıqları ilə bağlı böhtanlara sərt reaksiya verdi: “Azərbaycan və Türkiyə Prezidentlərinin Şuşa şəhərinə səfəri zamanı baş tutan dialoqları barədə ermənilərin verdiyi məlumat açıq şəkildə həqiqəti əks etdirmir. Ermənistan tərəfindən dialoqun “müharibə əsirləri” ilə bağlı hissənin həqiqi məzmunu qəsdən təhrif edilib və qaldırılan məsələ tamamilə kontekstdən çıxarılıb.”.
Azay Quliyev torpaqlarımızı Ernənistanın 30 illik işğalından azad edən, uzun illərdir cəsasız qalan Ermənistanın kriminal rejiminin cəzasızlığına son qoyan Azərbaycan Respublikasının Prezidenti və müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə qarşı Ermənistanın deputatları tərəfindən edilən qəzəb və böhtan xarakterli çıxışların başa düşülən olduğunu bildirdi: “Bu səbəbdən Ermənistan nümayəndə heyəti tərəfindən mənim Prezidentimə qarşı hər hansı bir heyranlıq və ya alicənablıq gözləmirəm, amma bilməlisiniz ki, sizin bu cür düşmənçiliyiniz və həddindən artıq qərəzli yanaşmanız ölkənizə heç bir fayda gətirmir və xüsusilə döyüş meydanında Ermənistanın düçar olduğu ağır məğlubiyyətin nəticələrini dəyişdirmir.”.
Sonda Azay Quliyev Ermənistan nümayəndə heyətinə məsləhət gördü ki, qonşuları əleyhinə yalan və böhtan xarakterli kampaniyanı davam etdirmək əvəzinə, regionda yaranmış reallığı nəzərə alaraq onlarla birgə yaşamaq və əlaqləri normallaşdırmaq haqqında düşünsələr, özlərini və xalqalarını bu prosesə hazırlasalar daha yaxşı olar.
Xatlrladaq ki, ATƏT PA-nın yay sessiyası iyulun 7-nə kimi davam edəcək



Tarix: 30-06-2021, 20:58


Bölməyə aid digər xəbərlər