18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
SOCAR “Ümid” yatağının tammiqyaslı işlənməsinə hazırlaşır

SOCAR “Ümid” yatağının tammiqyaslı işlənməsinə hazırlaşır
Xəzərin Azərbaycan sektorunda yerləşən“Ümid” yatağının tammiqyaslı işlənməsi məqsədilə yerüstü infrastrukturun tikinti işləri çərçivəsində “Umid-1” platformasından “Daşgil-2” terminalına dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan 56 km uzunluğunda 500 mm-lik nəql xətti 2022-ci ilin may ayında istismara veriləcək.
SOCAR-dan verilən məlumata görə, nəql xətti istismara verildikdən sonra hasilat potensialından tam istifadə ediləcək.
Platformadan çıxarılan qaz “Daşgil-2” terminalından Səngəçal Baş Qurğularına diametri 1000 mm olan 34 km-lik yeni tikilmiş quru nəql xətti vasitəsilə ötürülərək, orada ölkənin qaz şəbəkəsinə qoşulacaq.
“Bu mərhələyə aid olan obyektlərin 2022-ci ilin birinci yarısına təhvil verilməsi üçün “Ümid-Babək Əməliyyat Şirkəti” (UBOC) tərəfindən işlər qrafikə uyğun olaraq aparılır”, - məlumatda qeyd edilir.
Xatırladaq ki, SOCAR-ın strateji əhəmiyyət kəsb edən qısa və uzunmüddətli biznes planlarının icrası çərçivəsində “Ümid-1” platformasından U1-18 saylı istismar quyusunda qazma işləri 6120 metr dərinlikdə uğurla başa çatdırılıb, məhsuldar qatın Vll horizontu tam açılıb. Hazırda “Umid-1” platformasında gündəlik 3,1 mln kubmetr qaz və 500 ton kondensat hasil edilir. Yeni quyunun tamamlanaraq istismara daxil edilməsi ilə platformanın maksimal hasilat potensialı 6,7 mln. kubmetr qaz və 950 ton kondensata kimi artırılıb.

Tarix: 20-08-2021, 17:24


Bölməyə aid digər xəbərlər
20-07-2021, 09:05 Şair Səyyad Sərraf