Sabah bizi çox vacib oyun gözləyir. Rəqibin gücünü səfərdə gördük. Topla davranmağı xoşlayan və hücuma sürətli çıxan komandadır.
AzturkmanTv AZƏRTAC-a istinadən xəbər verir ki, bunu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Kiprin AEL komandasını qəbul edəcək Ağdamın "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 11-də təşkil olunan mətbuat konfransında deyib.
Rəqib komandanın heyətində 11 legionerin olduğunu vurğulayan mütəxəssis bildirib ki, azarkeşlərimiz önündə oynayacağıq. Bu üstünlüyümüz var. Amma həddindən artıq diqqətli olmalıyıq. AEL-ə boşluq versən, istənilən rəqibi cəzalandıra bilər. Bu üzdən sabah oyunboyu konsentrasiya həddən artıq vacib olacaq.
"Səfərdəki matçda xoşagəlməz hallar yaşandı. Amma mən həmin görüşdən sonra da demişdim ki, idman prinsiplərindən kənara çıxmalı deyilik. Yazılanlara baxıram, aqressiv azarkeşlərimiz var, onların cavabını verməyi düşünürlər. Bu, ümumilikdə yaxşı haldır. Futbolçuların və məşqçilərin bütün diqqəti yaşıl meydanda olmalıdır. Orada səhv etməyək. Biz azərbaycanlılar olaraq çox yerdə davranışımızla fərqlənmişik. Avrokuboklarda bizə qarşı haqsızlıqlar olub, böyük səhvlərə görə böyük uğurları əldən vermişik. Bəzən hirslənmişik. Amma yenə də mədəniyyətimizi qoruyub saxlamışıq. Sabah da hamımızın fikri oyunda olmalıdır. Digər xoşagəlməz halları yaşadan azarkeşlərdir. Kiprdəki də təxribat xarakterli hərəkətlər idi. Biz böyük azarkeş ordusuna malik komandayıq. Bunu da hər zaman görmüşük. İnşallah, bizə yaxşı dəstək olacaq və birlikdə yaxşı nəticə əldə edəcəyik", -deyə Q.Qurbabov əlavə edib.
Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq "Qarabağ" - AEL matçı saat 20:00-da başlayacaq. Kiprdəki ilk görüşdə qalib müəyyənləşməyib - 1:1.
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |