18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”
“Dünən, sentyabrın 27-də işğal altında olan Qarabağı azadlığına qovuşduran şanlı Vətən müharibəsinin ildönümü idi. Şəhidlərin Anım Günündə bütün Azərbaycan xalqını təbrik edirəm və şəhidlərimizi rəhmətlə anıram”.
AzturkmanTv-nin xəbərinə görə, bunu bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Qazaxıstanın Türküstan şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) plenar iclasında çıxışı zamanı deyib.
“Qarabağ Azərbaycandır! Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanındayıq. İşğalın başa çatmasından sonra regionda sabitliyin bərqərar olması üçün hər cür dəstəyi veririk. Gələcəkdə də dəstək verməyə davam edəcəyik”, - M. Şentop vurğulayıb.




Tarix: 28-09-2021, 18:57


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30