18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Müalicəsi mümkün olmayan onkoloji xəstələrə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub

Müalicəsi mümkün olmayan onkoloji xəstələrə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub
“Hazırda qüvvədə olan əsasnaməyə müvafiq olaraq 3 və 4-cü mərhələ bədxassəli onkoloji xəstələrə 2-ci dərəcə, 2-ci mərhələ onkoloji xəstələrə 3-cü dərəcə əlillik verilir”.
AzturkmanTv-nin məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.
Onun sözlərinə görə, inkurabel, yəni müalicəsi mümkün olmayan (nə kimyəvi, nə cərrahi, nə şüa terapiyası aparılması) hallarda isə 1-ci dərəcə əlillik təyini nəzərdə tutulub.
İ. Yusifov bildirib ki, ümumilikdə 10 ildən artıq əlilliyi olan şəxsə əlillik dərəcəsi təyin olunursa, bu zaman 2-ci dərəcə müddətsiz əlillik veriləcək: “15 ildən artıq 3-cü dərəcə əlilliyi olan şəxslərə isə müddətsiz əlillik təyin olunur”.

Tarix: 9-07-2021, 18:34


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930