18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında respublika üzrə Dairə Seçki Komissiyalarının tərkibinin yenidən formalaşdırılması ilə bağlı məsələ müzakirə edilib. 
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, komissiyaların səlahiyyət müddəti 5 ildir: "MSK Milli Məclis tərəfindən formalaşdırıldıqdan sonra Seçki Məcəlləsinə əsasən komissiya 125 seçki dairəsinin üzvlərini formalaşdırmalıdır. Bilirsiniz ki, DSK üzvləri 9 nəfərdən ibarətdir. 
Məcəlləyə də əsasən siyasi partiyaların üzvlərinin nümayəndələri Dairə Seçki Komissiyalarında üstünlük təşkil etməlidir. Siyasi plüralizm demokratik inkişaf baxımdan vacib olan amildir. Biz də komissiyalarda çalışmışıq ki, bunu müdafiə edək. Hər bir MSK üzvü 375 namizəd irəli sürmək hüququna malikdir".
***
MSK sədrinin müavini Rövzət Qasımov qeyd edib ki, namizədlərin seçilməsində üstünlük verilən məsələ peşəkarlıqdır: "Bu məsələ həmişə diqqət mərkəzində saxlanılıb. Milli Məclisdə üzvləri çoxluq təşkil edən siyasi partiyanı MSK-da təmsil edən komissiya üzvləri tərəfindən Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən Dairə Seçki Komissiyalarında həlledici səs hüquqlu üzv təyin edilməsiylə bağlı siyahı təqdim edib". 
Beləliklə Yeni Azərbaycan Partiyasını DSK-da təmsil edəcək üzvlərinin sayı səsə qoyularaq qəbul edilib.


Tarix: 19-08-2021, 15:46


Bölməyə aid digər xəbərlər