18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Dövlət Komitəsindən Qarabağa dair 2 milyard manatlıq satınalma

Dövlət Şəhərsalma və Arxitertura Komitəsi düşmən təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyac olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektleri üçün layihə-smeta sənədlərinin işlənməsi və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi (1), eləcə də Mingəçevir şəhərində, Ağdam və Bərdə rayonlarında (2), Gəncə şəhərində (3), Tərtər rayonunda (4), Füzuli, Cəbrayıl və Tərtər rayonlarında (5), Naftalan şəhərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında (6) dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin təmir, bərpa və tikintisi ilə bağlı elan etdiyi 6 açıq tenderə yekun vurub.
AzturkmanTv vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq Komitənin "Azərdövlətlayihə" Dövlət Baş Layihə İnstitutu, eləcə də "Rabitəinşaat” ASC, "Conco” QSC, "Real-İnşaat”, "Az Graft Construction” və "Parlaq-N” MMC-lərdir.

Qalibə müvafiq olaraq 116,2 milyon manat, 457,9 milyon manat, 489,5 milyon manat, 567,1 milyon manat, 338,8 milyon manat və 211,6 milyon manat, ümumilikdə isə 2 181 milyon manat ödəniləcək.

Tarix: 26-04-2021, 13:22


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930