İki rusiyalı idman şərhçisi Futbol üzrə Avropa Çempionatının Bakıda keçirilən oyunlarını izləmək üçün Azərbaycana buraxılmayacaq.
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, buna səbəb hər iki şərhçinin - Konstantin Geniç və həmkarı Mixail Mossakovskinin bir neçə il əvvəl Azərbaycanın icazəsi olmadan o vaxt işğal altındakı Qarabağa səfər etməsidir.
K. Geniç özü məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Avro-2020 akkreditasiyası rəsmi Bakının təşəbbüsü ilə ləğv edilib. O, akkreditasiyasının ləğv edilməsi ilə bağlı UEFA-dan rəsmi məktub alıb: "UEFA-dan poçtuma qara və ağ rəngdə yazılmış bir məktub gəldi: testi keçmədiniz, Avro-2020 üçün akkreditasiya almağınız tövsiyə olunmadı. Akkreditasiya müraciətiniz rədd edilib. Bu, son qərardır".
Məlum olub ki, Mixail Mossakovskinin də adı o vaxt işğal altındakı ərazilərə qanunsuz səfər edənlər sırasındadır, buna görə o da Azərbaycana buraxılmır.
Xatırladaq ki, erməni jurnalist Nobel Arustamyan da AÇ-2020-nin oyunları üçün akkreditasiya alsa da, bu, Bakıda keçiriləcək oyunlara aid deyil. O da oyunlar ərəfəsində Azərbaycan paytaxtına gələ bilməyəcək.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |