18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb
Prezident İlham Əliyev ‘İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Fərman imzalayıb.
AzturkmanTv-nin məlumatına görə, fərmana əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi haqqında Əsasnamə təsdiqlənib.
Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilib.
Başqa sözlə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə səlahiyyətli orqan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi olacaq.
İndiyə qədər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin işçilərinin say həddi cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi müəyyən edilmişdi.
Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin say həddi artırılıb, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin işçilərinin say həddi müəyyənləşdirilib.
Fərmanla Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin say həddi cəmi 350 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 220 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50 ştat vahidi, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə isə 80 ştat vahidi müəyyən edilib.



Tarix: 12-08-2021, 20:22


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930