18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib

Azərbaycana daha 20 ölkədən uçuşlara icazə verilib
Nazirlər Kabineti “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarda dəyişiklik edib.
AzturkmanTv-nin məlumatına görə, qərara əsasən, 2021-ci il 5 avqust tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:
- Almaniya Federativ Respublikası;
- Avstriya Respublikası;
- Belçika Krallığı;
- Çexiya Respublikası;
- Danimarka Krallığı;
- İrlandiya Respublikası;
- İspaniya Krallığı;
- İsveç Krallığı;
- İsveçrə Konfederasiyası;
- Kanada;
- Lüksemburq Böyük Hersoqluğ
- Malta Respublikası;
- Niderland Krallığı;
- Polşa Respublikası;
- Portuqaliya Respublikası;
- Serbiya Respublikası;
- Sinqapur Respublikası;
- Sloveniya Respublikası;
- Slovakiya Respublikası;
- Yunanıstan Respublikası.
Həmin ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında icazə verilir. Bu şəxslər Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmur.

Tarix: 2-08-2021, 19:01


Bölməyə aid digər xəbərlər