18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İTV mükafat vəd etdi: Kim “bizimkilər”i tapsa... (FOTO)


Rusiya-Belçika oyununda İTV şərhçilərinin Rusiya millisi haqqında "bizimkilər” sözü işlətməsi iddialarına kanaldan da reaksiya verilib.
AzturkmanTv xəbər verir ki, kanalın sosial şəbəkə hesabında bu cavab paylaşılıb:

"Rusiya-Belçika matçından sonra sosial şəbəkələrdə İTV şərhçilərinin Rusiya millisi haqda "Bizimkilər” ifadəsi işlətdiyi haqda müzakirələr aparılır. Biz axtardıq, tapmadıq. Bu ifadənin istifadə edildiyi hissəni kim tapıb göndərsə, onun hədiyyəsi bizimkilərdə”.

Qeyd edək ki, sosial şəbəkələrdə şərhçilərin Rusiya millisi haqda nəinki "bizimkilər”, hətta "kimimiz var hücumçulardan?", "yarımmüdafiədə kimlərimiz var ehtiyatda?" kimi fikirlərə də yer verdikləri iddia edilir.

Avropa çempionatının matçlarını İlqar Mikayıloğlu, Elnur Əşrəfoğlu və Asif Bağırov şərh edir.

Tarix: 14-06-2021, 11:24


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30