Azərbaycanın Xalq artisti Səməd Səmədov vəfat edib.
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə tanınmış stilist Samiraldo instaqram hesabında paylaşım edib.
"Allah rəhmət eləsin!", - deyə Samiraldo qeyd edib.
Yaxınlarının verdiyi məlumata görə, 74 yaşlı ifaçı müalicə aldığı xəstəxanada koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, tanınmış estrada müğənnisi Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub. 1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçərişəhər məhəlləsinə köçüb.
1988-ci ildən toylarda çıxış edən Səməd Səmədov əhali arasında "Toylar Kralı" kimi tanınırdı.
2011-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb.
Qeyd edək ki, bu il S. Səmədovun bacısı ilə baldızı koronavirusdan vəfat edib.
Allah rəhmət eləsin!
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |