18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Nüfuzlu beynəlxalq maliyyə qurumu Bank Respublika-ya manatla kredit ayırdı


Ölkənin ən böyük kommersiya banklarından biri olan Bank Respublika və Hollandiya Sahibkarlığın İnkişafı Bankı (FMO) arasında yeni kredit müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Banka 10 milyon ABŞ dolları məbləğində kredit ayrılacaq və vəsaitlər milli valyutada təqdim ediləcək.
3 il müddətinə ayrılacaq kredit ölkədə aqro, mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin, həmçinin, gənc biznesmenlərin və qadın sahibkarların daha sərfəli şərtlərlə maliyyələşdirilməsinə yönəldiləcək. Cəlb olunmuş vəsait “Bank Respublika”nın geniş filial şəbəkəsi sayəsində Azərbaycanın bütün regionlarda fəaliyyət göstərən sahibkarlara dəstək göstərilməsinə şərait yaradacaqdır.
“Hollandiya Sahibkarlığın İnkişafı Bankının Azərbaycanda əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsi bankımızın dayanaqlığına və etibarlılığına verilən yüksək qiymət olaraq dəyərləndiririk. Cəlb olunan vəsait, bizim üçün prioritet sahə olan real sektora, xüsusən də kiçik və orta sahibkarlığa kredit dəstəyini gücləndirməyə, bununla da ölkənin qeyri-neft sektorunun inkişafına töhfə verməyə imkan verəcəkdir”, deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Daimi tərəfdaşımız olan Bank Respublika ilə olan yeni kredit sazişi sayəsində, biz Azərbaycanda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən kiçik və orta biznesi, eləcə də gənc iş adamlarını və qadın sahibkarları dəstəkləməkdən məmnunluq hissi duyuruq. Davamlı iqtisadi böyüməni təmin etmək və dəstəyə ehtiyac duyan sahibkarlara və bizneslərə inkişaf etmək üçün lazımi maliyyə vəsaitlərini təqdim etmək FMO-nun hədəfləri ilə tamamilə uyğun gəlir.” deyə FMO-nun İnvestisiyalar üzrə direktoru Huib-Jan de Ruijter qeyd edib.

Tarix: 3-06-2021, 14:31


Bölməyə aid digər xəbərlər