Şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na müraciət üçün qeydiyyat forması hazırlanıb.
ƏƏSMN-dən verilən məlumata görə, AzturkmanTv xəbər verir ki, marafondan faydalanaraq işlə təmin olunmaq istəyən şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.
Qeyd edək ki, artıq marafona qoşulan işəgötürənlərin sayı 200-ə, onlar tərəfindən e-sistemə daxil edilən vakansiyaların sayı 900-ə yaxındır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan marafona qoşulmaq istəyən işəgötürənlər də bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.
Bölməyə aid digər xəbərlər
« İyun 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 |