18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Sosial Xidmətlər Agentliyində şəhid ailələri, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, qazilərlə bağlı QHT-lərin rəhbərləri ilə görüş keçirilib


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində şəhid ailələri, Qarabağ müharibəsi, 20 Yanvar, Çernobıl əlilləri, qazilərlə bağlı QHT-lərin rəhbərləri ilə görüş keçirilib.
AzturkmanTv AZƏRTAC-a istinadən xəbər veriri ki, Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri”, “Qarabağ Qaziləri”, “20 Yanvar” Cəmiyyəti, “Azərbaycan Vətən Müharibəsi Veteranları” “Şəhid ailələrinə maddi və mənəvi dəstək”, “Vətənpərvərliyin Təbliğinə Dəstək” və s. ictimai birliklərin rəhbərləri – ümumilikdə 12 QHT nümayəndəsi iştirak edib.
Agentliyin sədri Vüqar Behbudov sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələri və müharibə əlillərinin mənzillə, müharibə əlillərinin avtomobillə təminatı proqramı barədə məlumat verib. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı həyata keçirilən genişmiqyaslı sosial dəstək tədbirlərini diqqətə çatdırıb.
Qurum tərəfindən aparılan işlərdə, habelə ictimai iştirakçılığın və ictimai nəzarətin təmin olunmasında vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlıq, birgə layihələrin icrası təcrübəsinin olduğu vurğulanıb.
Görüşdə şəhid ailələri və qazilərlə, əlillərlə bağlı icra olunan sosial müdafiə proqramlarına dair fikir mübadilələri aparılıb. İctimai birliklərin rəhbərlərinin rəy və təklifləri dinlənilib, gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.


Tarix: 5-06-2021, 11:22


Bölməyə aid digər xəbərlər