18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
İtaliya Prezidentini təhdid edən 11 nəfər haqda istintaq başlandı


Roma prokurorluğu sosial şəbəkələrdə İtaliya Prezidenti Serco Mattarellanı təhqir və təhdid edən 11 nəfəri istintaqa cəlb edib.
AzturkmanTvv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, onlar dövlət başısının şərəf və ləyaqətini alçaltmaqda, nüfuzunu zədələməkdə, ona qarşı cinayət törətməyə təhrk etməkdə günahlandırılırlar. Şübhəlilər 44-65 yaş aralığında olan şəxslərdir. Hədə və təhqir mesajları 2020-ci ilin aprelindən 2021-ci ilin fevralınadək olan dövrdə paylaşılıb. Onların mobil telefonları və kompüterləri müsadirə olunub.
Qeyd edək ki, bu, İtaliya hüquq-mühafizə orqanlarının prezidentə qarşı təhdid hadisəsi ilə bağlı ilk istintaqı deyil. Belə ki, 2018-ci ildə Palermo şəhər prokurorluğu Feysbukda Serco Mattarellanın ünvanına hədələr yazan 39 nəfər barədə araşdırma aparıb.
Şahvələdova Zəhra

Tarix: 11-05-2021, 19:48


Bölməyə aid digər xəbərlər