18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Koronavirusun laboratoriya mənşəli olduğuna dair dəlillər aşkarlanıb


ABŞ elm adamları koronavirusun laborator mənşəli olduğuna dair dəlillər aşkarladığını açıqlayıblar. AzturkmanTv xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 
Dr. Stiven Kuey və Berkli Kaliforniya Universitetinin fizika professoru Riçard Müller “SARS-CoV-2”nin təbii koronavirusda rastlanmayan genetik bir izə sahib olduğunu açıqlayıblar.
Mütəxəssislər “SARS-CoV-2”də “CGG-CGG” genoml ardıcıllığını aşkarlayıblar. Alimlərin sözlərinə görə, bu genom ardıcıllığı virusların yoluxma qabiliyyətini və ölümcüllüyünü artırmaq məqsədilə istifadə olunur və təbiətdə son dərəcə nadir rastlanır. “SARS” və “MERS” koronaviruslarında bu genom ardıcıllığının olmadığı qeyd olunub.
Ümumiyyətlə isə “CoV-2”nin də aid olduğu bütün koronaviruslar sinifində, təbii olaraq yaranan “CGG-CGG” ardıcıllığına heç vaxt rastlanmayıb. Bu o deməkdir ki, virusların yeni bacarıqlara yiyələnməsinin adi yolu bu yolla baş vermir.
Yeni koronavirusun texnogen ola biləcəyinə dair daha bir dəlil, “CoV-2”nin “SARS” və “MERS”ə səbəb olan viruslarla müqayisədə genetik müxtəlifliyindəki ciddi fərqdir. Son iki virus  təbii mənşəli olub və insanlar arasında yayıldıqca yoluxucu formalara keçiblər.
“SARS-CoV-2” virusunda isə proses fərqli baş verib: virus insanlarda artıq adaptasiya olub və son dərəcə aqressiv formada yayılmağa başlayıb. Bir neçə ay ərzində ciddi bir mutasiyaya məruz qalmayıb. İlk belə dəyişiklik İngiltərədə tapılıb.
Kuey və Müllerə görə, bu, yeni koronavirusun insanlar arasında yayılmadan əvvəl uzun bir uyğunlaşma dövrü keçdiyini göstərir. Alimlər qeyd edib ki, bu cür genetik quruluşa sahib virus yaratmağın bir yolu var: virusun təbii təkamülünü simulyasiya etmək və effektivliyini artırmaq üçün onu insan hüceyrələrində böyütmək.
“Elmi dəlillər koronavirusun genlərinin birləşdirilməsinin laboratoriyada həyata keçirildiyini göstərir”,- deyə alimlər qeyd edib.




Tarix: 7-06-2021, 19:30


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:55 Sürüş Suruş