18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
“Çernomor”u canlandıran məşhur aktyor dünyasını dəyişdi


Rusiyanın tanınmış aktyoru Vladimir Fyodorov 83 yaşında dünyasını dəyişib.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə aktyorun tanışı İvan Şablov Feysbuk səhifəsində yazıb:
“Qısa boylu böyük adam. Sənətçi, nüvə fiziki, vətəndaş və insan! Onun qızıl əlləri və parlaq düşüncəsi olub”.
Qeyd edək ki, Vladimir Fyodorov 1972-ci ildə ekranlara çıxan “Ruslan və Lyudmila” filmindəki Çernomor obrazı ilə məşhurdur. O, “Çətinliklərdən ulduzlara” filmindəki Turançoks obrazı ilə də tanınır. “On iki stul”, “Kin-dza-dza” da daxil olmaqla aktyor 40-dan çox filmə çəkilib.
Fyodorov 50-dən çox elmi iş və ixtiranın müəllifi olub, şeirlər və nəsr əsərləri yazıb.




Tarix: 18-05-2021, 20:59


Bölməyə aid digər xəbərlər