18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Məscidlərlə bağlı 50 nəfərlik məhdudiyyətin ləğvi tələb olunur


Vəkil Nazirlər Kabinetinin qərarından məhkəməyə şikayət edib
Nazirlər Kabinetinin məscidlərdə 50 nəfərlik məhdudiyyətlə bağlı qərarının ləğvi üçün məhkəməyə müraciət olunub. İddiacı isə vəkil Elmar Süleymanovdur.
Vəkil Bakı İnzibati Məhkəməsinə təqdim etdiyi iddia ərizəsində vurğulayıb ki, metro, avtobus, ticarət mərkəzlərində belə qadağalar tətbiq olunmadığı halda, dini ibadət yerlərində 50 nəfərlik məhdudiyyət ayrı-seçkilikdir. Elmar Süleymanov qeyd edir ki, məscidlərdən dəfələrlə kiçik olan avtobuslar eyni zamanda 45-50 adam aparır. Ticarət mərkəzlərində yüzlərlə adam olur.
“Bu məhdudiyyət 50 nəfərlik kvotaya düşə bilməyən, ibadət etmək kimi konstitusion hüquqa malik minlərlə insanın, o cümlədən mənim dini etiqadıma süni maneələr yaradır. Dini mərasimlərin sərbəst şəkildə məsciddə yerinə yetirilməsi üçün əsassız qadağalar müəyyən edir”, - vəkil iddia ərizəsində yazıb.
Elmar Süleymanov hesab edir ki, Nazirlər Kabinetin sözügedən qərarı Konstitusiyada təsbit olunan din və ibadət azadlıqlarına ziddir.
Pandemiya dövründə Azərbaycanda məscidlərdə kütləvi ibadət qadağan olunmuşdu. Lakin mayın 26-da Nazirlər Kabineti qərar verdi ki, 50 nəfərdən çox olmamaq şərtilə iyunun 10-dan məscidlərdə toplaşmaq mümkün olacaq.(meydan.tv)


Tarix: 8-06-2021, 14:27


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930