18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Agentlik Elşad Quliyevin iddialarına cavab verdi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Eskpertiza və Reabilitasiya Agentliyi bəzi sosial şəbəkə səhifələrində yayılmış videoda Quliyev Elşad Elbrus oğlunun ona əlillik təyin edilməməsi ilə bağlı narazılığı, səsləndirdiyi ittihamlara cavab verib.
AzturkmanTv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Agentlik feysbukda bildirib ki, ötən illərdə Elşad Quliyevə hərbi səbəblə əlaqədar əlillik təyin olunsa da, əyani müayinə zamanı onun sağlamlıq durumunun əlillik təyinatına əsas yaratmadığı müəyyən edilib:
“Həkim-ekspertlərin, aidiyyəti qurumların, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə aparılan müayinədə yerli tibb müəssisəsi tərəfindən E.Quliyevlə bağlı təqdim edilmiş göndərişdəki (forma 88) diaqnoz (kəllədaxili travma, kəllə-beyin travmasının qalıq əlamətləri və digər bu kimi diaqnozları) təsdiqini tapmayıb. Müayinədə iştirak edən QHT nümayəndələri də bu şəxsin sağlamlığında əlillik əlamətləri olmadığını təsdiqləyiblər”.
Agentlik bildirib ki, bu səbəbdən həmin şəxsə əvvəlki dövrlərdə aparılmış əlillik təyinatının əsassız olduğu müəyyən edilib və əlillik müddəti uzadılmayıb.

Hüseynova Zülfiyyə.


Tarix: 6-06-2021, 09:56


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930