18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Küləkli hava nə vaxta qədər davam edəcək?


“Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur. Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək. Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq”.
AzturkmanTv “Qafqazinfo”-ya istinadla xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, bu gün axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir: “Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq. Bölgələrdə də bu gün ərzində qeyri-sabit yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə isə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının tədricən kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.
Şahvələdova Zəhra

Tarix: 5-05-2021, 14:33


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930