18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
"Zaxarova yenə manipulyasiya edir, ciddiyə almaq lazım deyil" - Politoloq


"Zaxarova yenə də manipulyasiya edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə üç liderin 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsinin Rusiyanın xarici siyasətinin qeyd-şərtsiz əsas prioriteti olması barədə bu ölkənin XİN sözçüsü Mariya Zaxarovanın səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Politoloq qeyd etdi ki, məhz Rusiyanın mövqeyi üzündən razılaşmadan günədək prosesdə heç bir irəliləyiş yoxdur: 




"Sadəcə olaraq özünü vasitəçi kimi göstərən Rusiya quru bəyanatlar verməklə kifayətlənir. Bunun müqabilində sərhəddə və Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdən erməni silahlı birləşmələri Azərbaycan Ordusunun mövqelərini mütəmadi olaraq atəşə tutmaqda davam edirlər”. 

Məhəmməd Əsədullazadənin fikrincə, faktiki olaraq son olaylar fonunda Moskva 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçməsində maraqlı olmadığını ortaya qoyub: 

"Zaxarovanın dedikləri heç də yeni deyil, son 9 ay ərzində verdikləri açıqlamaların davamıdır. 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçməsi Moskvanın xarici siyasətinin prioriteti ola bilər. Amma faktiki olaraq Rusiya bu məsələdə heç bir real addımlar atmır. Çünki Rusiya Bakı ilə İrəvan arasında sülhün əldə edilməsi, kommunikasiyaların açılmasında maraqlı deyil. Bunun baş verməsinə özünün regional siyasətinə təhdid kimi baxır”. 

Həmsöhbətimiz bildirdi ki, Rusiya XİN sözçüsünün bəyanatını ciddiyə almaq lazım deyil:

"Hazırkı situasiyada prosesin yerində sayması aydın göstərir ki, Rusiyanın vasitəçiliyi indiki mərhələ üçün manipulyasiya xarakteri daşıyır. Ona görə də, Zaxarovanın verdiyi bəyanatı ciddiyə almamalıyıq. Bu istiqamətdə Rusiyadan ümumiyyətlə hər hansı bir müsbət addım atacağını görməyəcəyik. Yalnız Azərbaycan özü konkret addımlar atmaqla prosesi yenidən yerindən tərpədə bilər”.

Qeyd edək ki, Mariya Zaxarova üç liderin 10 noyabr və 11 yanvar razılaşmalarının həyata keçirilməsinin Rusiyanın xarici siyasətinin qeyd şərtsiz prioriteti olduğunu bildirib.

Tarix: 20-08-2021, 15:57


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930