18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Gürcüstanın Baş naziri: “Türkiyə, Gürcüstan və Azərbaycanın təqdirəlayiq əməkdaşlığı və dostluğu mövcuddur”


“Türkiyə, Gürcüstan və Azərbaycan regionda eyni taleyi yaşayır və bu üç ölkənin güclü bağları var, bu çərçivədə bizim təqdirəlayiq əməkdaşlığımız, dostluğumuz mövcuddur”.
AzturkmanTv APA-ya istinadən xəbər verir ki, bunu Ankarada səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək və heyətlərarası görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. İ.Qaribaşvili bu baxımdan ikitərəfli və üçtərəfli formatların inkişaf etdirilməsi istiqamətində müzakirələrin aparıldığını vurğulayıb.
Regiondakı mövcud durumla, işğal altındakı torpaqlarla bağlı Türkiyə liderilə müzakirələr aparıldığını deyən Baş nazir regiondakı münaqişənin həlli üçün sülhdən başqa alternativ yol olmadığı qənaətini paylaşıb.
“Bu görüşün ölkələrimiz üçün böyük əhəmiyyəti olacağını düşünürəm”, deyən İ.Qaribaşvili Türkiyənin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsinə görə də xüsusis təşəkkür edib.

Tarix: 1-06-2021, 21:37


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30