18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Lavrovun Bakıya səfər planı açıqlandı


Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfər planı açıqlanıb.
AzturkmanTv “Qafqazinfo”nun Rusiya XİN-in saytına istinadən verdiyi məlumata görə, 10-11 may tarixlərində Sergey Lavrov Bakıya işgüzar səfər edəcək.
Səfər çərçərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüş və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparılması planlaşdırılır.
“Rusiya tərəfi Azərbaycanla münasibətlərin bütün inkişaf spektri - siyasət, iqtisadiyyat, mədəni-humanitar sahələrdə açıq və qarşılıqlı dialoqu davam etdirməyə sadiqdir. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının hərtərəfli həyata keçirilməsinə xüsusi diqqət yetiriləcək.
Dağlıq Qarabağdakı vəziyyətə, Dağlıq Qarabağ nizamlanmasının humanitar aspektlərinə, münaqişədən sonrakı yenidənqurma və dinc həyatın qurulmasına dair məsələlərə baxılması planlaşdırılır.
Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin rəhbərləri aparıcı regional və beynəlxalq birliklərin - MDB, BMT, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Şurası platformalarında qarşılıqlı əlaqələrin koordinasiyası məsələlərini də müzakirə edəcəklər”, - deyə açıqlamada qeyd olunub.

Tarix: 10-05-2021, 14:33


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30