18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Şəmkirdə iki nəfəri güllələyən şəxs saxlanıldı


Şəmkir rayonunda kişi iki nəfəri güllələyib.
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 9-da Çinarlı qəsəbəsi ərazisində rayon sakini R.Mehdixanov münaqişə zəminində tüfəngdən açdığı atəşlə dayısı oğlu M.Rüstəmovun ayaq və B.Hüseynovun əl nahiyələrinə xəsarət yetirib.
M.Rüstəmov və B.Hüseynov xəstəxanaya yerləşdiriliblər. Adam öldürməyə cəhddə şübhəli bilinən R.Mehdixanov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (Adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 10-05-2021, 14:29


Bölməyə aid digər xəbərlər


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30