18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Banklar dolların satışına limit qoydu - Manat ucuzlaşır?



"Banklar həm sahibkarlara, həm də vətəndaşlara xarici valyuta ilə bağlı iki məhdudiyyət tətbiq edir. Artıq xarici valyutanı günün birinci yarısına qədər almaq olar. Belə bir şey Azərbaycanda indiyə qədər olmamışdı. Amma xeyli müddətdir ki, vəziyyət belədir”.

Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında iqtisadçı Əkrəm Həsənov deyib. O bildirib ki, dolların alışına da limit tətbiq edilir:

"Limitdən yuxarı məbləğə görə vətəndaşlar vergi ödənilməlidir. Hesab edirəm ki, bu məhdudiyyətlər Mərkəzi Bank tərəfindən tətbiq edilir. Çünki valyuta əməliyyatı bankların gəlir mənbələrindən biridir”.

Ekspert qanunvericilikdə və Mərkəzi Bankın normativ aktlarında bu cür məhdudiyyətin olmadığını vurğulayıb. İqtisadçının sözlərinə görə, bu il dolların bahalaşması gözlənilmir.

Tarix: 2-05-2021, 19:23


Bölməyə aid digər xəbərlər


«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930