18:54 / 16-11-2023
"Zamanı dəyişdirənlər"
17:48 / 17-12-2022
Zəfər Paradı
14:42 / 10-12-2022
Hərbi Qənimətlər Parkı
Sadır Japarov İlham Əliyevi təbrik etdi


Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
AzturkmanTv "Qafqazinfo"-ya istinadən xəbər verir ki, təbrik məktubunda deyilir: 
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə qırğız xalqı adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edirəm.
İlk növbədə, qardaş Azərbaycan xalqının sosial-iqtisadi və elmi-texniki inkişafda mühüm nailiyyətlərini, dünya arenasında layiqli imicini, regional və beynəlxalq məsələlərdə mühüm konstruktiv rolunu qeyd etmək istərdim.
Biz Qırğızıstan ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndiririk, birgə fəaliyyətimizin daha da möhkəmlənəcəyinə və dərinləşəcəyinə ümid bəsləyirik.
Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığın indiki dinamikası müxtəlif sahələrdə Qırğızıstan-Azərbaycan münasibətlərinin daha tam üzə çıxmasına kömək edəcək.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, yeni uğurlar, qardaş Azərbaycan xalqına əmin-amanlıq və sülh arzu edirəm. Ümidvaram ki, əməkdaşlığımız davam edəcək".

Tarix: 7-06-2021, 19:32


Bölməyə aid digər xəbərlər
6-06-2021, 16:29 Kimdir müqəssir?


«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30