Türkiyədə sərt karantin rejimini pozan məşhur simalar polis basqını ilə üzləşib.
AzturkmanTv “Qafqazinfo”-ya istinadən xəbər verir ki, müğənnilər - İrem Derici, Derya Uluğ, Cem Belevi, aktyorlar - Enis Arıkan, Cenan Adıgüzel, Emre Aslan və yutuber Enes Batur restoranların birində ad günü məclisinə qatılıb.
Onlar koronavirus pandemiyasına qarşı saat 21: 00-a qədər açıq yerlərin bağlanması barədə tətbiq edilən qadağanı heçə sayaraq gecə saatlarınadək əyləniblər. Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.
Məşhur simalar məkanın arxasında yerləşən meşədə 45 dəqiqə polisdən qaçmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Qaydaları pozan 15 nəfərin hər biri 3 min 150 TL (təxminən 600 AZN) məbləğində cərimələnib.
Hüseynova Zülfiyyə.
Bölməyə aid digər xəbərlər
« Noyabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | ||||
4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
25 | 26 | 27 | 28 | 29 | 30 |